Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefon uşaqlar üçün təhlükəlidir – Həkimlərdən XƏBƏRDARLIQ

Telefon uşaqlar üçün təhlükəlidir – Həkimlərdən XƏBƏRDARLIQ

Tarix: 20 Mart 2024 06:51

Uşaqların tez-tez telefon və digər qadcetlərdən istifadə etməsi korluq təhlükəsi yaradır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Britaniyalı oftalmoloqlar bildirib.

Belə ki, həkimlər məsələ ilə bağlı valideynlərə xəbərdarlıq edib. 

Həkimlər 15-16 yaşlı yeniyetmələrin 25% - dən çoxunun miyopiyadan əziyyət çəkdiyini qeyd ediblər. Həkimlərin fikrincə, buna səbəb uşaqlıqdan smartfon və ya kompüterdən çox istifadə edilməsidir. 

Mütəxəssislər bildirir ki, mobil cihazda təsvirlərə yaxından baxanda uşaqlar onu uzaq obyektlərə keçirərək görmə qabiliyyətini yormurlar. Nəticədə, onların miyopisi degenerativ vəziyyətə qədər pisləşir.

Milli.Az


Etiketlər:  Telefon uşaqlar üçün təhlükəlidir Həkimlərdən XƏBƏRDARLIQ


RƏYLƏR