Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 16:50
Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Vyetnamın səsi" radiostansiyası məlumat yayıb.
Onun istefa səbəbinin Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması ilə əlaqələndirilir.
Bildirilib ki, Vo Van Txıonqun istefa ərizəsini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi qəbul edib. O, partiyanın siyasi bürosu və Mərkəzi Komitənin daimi üzvlüyündən də azad edilib.
Partiyanın qərarını Vyetnamın birmandatlı parlamenti də təsdiqləməlidir.
Qeyd edək ki, Vyetnam parlamenti ötən il martın 2-də Vo Van Txıonqu dövlət başçısı təyin etmişdi.