Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrlandiyanın Baş naziri istefa verdi

İrlandiyanın Baş naziri istefa verdi

Tarix: 20 Mart 2024 17:20

Leo Erik Varadkar İrlandiyanın Baş naziri və mərkəzçi mühafizəkar Fine gel Partiyası sədri vəzifələrindən istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.

"2017-ci ilin iyununda partiya sədri və baş nazir olanda bilirdim ki, liderin xüsusiyyətlərindən biri də hakimiyyətin başqasına təhvil verməli olduğu anı dərk etmək, buna cəsarətinin çatması bacarığıdır", - Leo Varadkar xalqa müraciəti zamanı vurğulayıb.

İrlandiyalı politoloqların fikrincə, bu qərar tamamilə gözlənilməz olub. Hökumət başçısının qərarı ilə bağlı mətbuata əvvəlcədən heç bir məlumat sızmayıb.

Qeyd edək ki, Leo Erik Varadkar 1979-cu il yanvarın 18-də İrlandiyanın Dublin şəhərində anadan olub. 2017-ci il iyunun 14-dən Baş nazir seçilib.

Milli.Az


Etiketlər:  İrlandiyanın Baş naziri istefa verdi


RƏYLƏR