Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 19:30
Florida Universitetinin alimləri artıq çəki, metabolik sindrom və əzələ itkisi ilə mübarizə aparmağa kömək edən dərman hazırlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, dərman SLU-PP-332 adlanır. İdmanı təqlid edir, iştaha təsir etmir, eyni zamanda metabolik prosesləri sürətləndirir.
Dərman maddələr mübadiləsini stimullaşdıra bilər, bunun nəticəsində enerji istehlakı sürətlənir. Beləliklə, SLU-PP-332 fiziki fəaliyyəti əvəz edə bilər.
Amerikalı alimlər eksperimenti kökəlmiş laboratoriya siçanları üzərində aparıblar. Nəticədə gəmiricilər bədən çəkisinin 12 faizini itiriblər. Eyni zamanda, siçanların rasionu dəyişməyib. Gəmiricilər dözümlükləri də artıb.