Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə 1-ci, Azərbaycan 31-ci pillədə

Türkiyə 1-ci, Azərbaycan 31-ci pillədə

Tarix: 21 Mart 2024 14:32

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz 112,41 xalla dünyanın 31-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisə mövqeyini qoruyub.

Qadın yığmaların cədvəlinə Türkiyə başçılıq edir. Onların aktivində 397,46 xalı var. "Ay-ulduzlular"ın ABŞ izləyir (358,62 xal). "Üçlüy"ü Braziliya qapayır - 352,55 xal.

Kişilərdən ibarət komandamız da yerində qalıb. Fərid Cəlalovun baş məşqçisi olduğu yığma 33,33 xalla 75-cidir.

İlk "üçlük" də dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və İtaliya (342,43) ön sıralarda qərarlaşıb.

Milli.Az


Etiketlər:  Türkiyə 1 ci Azərbaycan 31 ci pillədə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR