Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 14:20
"Neftçi"nin futbolçuları Donald Gerye və Soni Mustivarın çıxış etdiyi Haiti yığması yoldaşlıq oyunu keçirib.
Qol.az xəbər verir ki, hər iki futbolçu KONKAKAF Milli Liqasında Kosta Rika ilə matçda (1:1) start heyətində meydana çıxıb. Gerye sonadək mübarizə aparıb, Mustivar isə 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Mustivar Haiti milli komandasında 19 oyunda 2, Gerye isə 47 oyunda 11 qol vurub.