Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 10:56
Ermənistan parlamentinin spikeri Alen Simonyan milyonçu qohumunu özü ilə Parisə aparmaq üçün parlamentdə işə götürüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Joğovurd" nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan parlamenti spikerinin sərəncamlarını araşdırıb və proses zamanı çox maraqlı detallar aşkar olub. Alen Simonyan milyonçu qohumunu Parisə səfər edəcək parlament nümayəndə heyətinə daxil etmək üçün onun parlamentdə işləməsini təşkil edib.
Hadisə 2021-ci ildə baş verib və söhbət spikerin yaxın qohumu Edqar Avakyandan gedir.
Həmçinin əlavə olunub ki, Avakyan 2021-ci ilin noyabrı ayından 2022-ci ilin yanvar ayına kimi parlamentin protokol şöbəsində kiçik mütəxəssis kimi qeydiyyatdan keçib və bu barədə məlumat parlamentin bir sıra əməkdaşları tərəfindən rəsmi şəkildə təsdiqlənib.