Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nüsretin restoranına silahlı hücum olub - FOTO

Nüsretin restoranına silahlı hücum olub - FOTO

Tarix: 22 Mart 2024 16:04

Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.

Hücumda ölən və yaralanan olmayıb.

Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik kameralarının qeydləri nəzərdən keçirilir.

Milli.Az


Etiketlər:  Nüsretin restoranına silahlı hücum olub FOTO


RƏYLƏR