Tarix: 18 Noyabr 2019 15:08
Hollandiya millisinin sabiq üzvü Aryen Robben məşqçiliyə başlayıb.
Qol.az “Bild”ə istinadən xəbər verir ki, o, Almaniyanın “Qryunvald” klubunun 7-8 yaşlı futbolçulardan ibarət komandasında məşqçilik edir.
Onun məşqçilik etdiyi komandada öz oğlu Kay, sabiq komanda yoldaşı Frank Riberinin oğlu və Karl Haynts Rummeniggenin nəvəsi də çıxış edir.
Qeyd edək ki, PSV, “Çelsi” “Real” və “Bavariya”da oynamış Robben peşəkar karyerasına Hollandiyanın “Qroningen” klubunda başlayıb. O, Hollandiya millisində 96 oyuna 37 qol vurub.
Bizi Facebookda da izləyin!