Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin: Terrorçulara Ukrayna sərhədində “qapı” hazırlanmışdı - YENİLƏNİR

Putin: Terrorçulara Ukrayna sərhədində “qapı” hazırlanmışdı - YENİLƏNİR

Tarix: 23 Mart 2024 18:28

18:24

Rusiya Prezidenti Vladimir Putin dünən Moskvada "Krokus Siti Holl"da törədilən terror aktı zamanı yaxınları həlak olan hər kəsə başsağlığı verib və zərərçəkənlərə kömək edən hər kəsə təşəkkür edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Putin xalqa müraciətində bildirib.

Ölkə prezidenti əsas məsələnin "Krokus" terrorunun arxasında duranların yeni cinayətlər törətməsinin qarşısını almaq olduğunu, Moskvada və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edildiyini vurğulayıb. Prezident terror aktını törədən dörd nəfərin hamısı saxlanıldığını, onların Ukraynaya tərəf qaçmağa cəhd etdiklərini bildirib.

O, eyni zamanda Ukrayna tərəfində, ilkin məlumatlara görə, terrorçuların sərhədi keçməsi üçün "qapı" hazırlandığını deyib. Putin "Krokus"da terror aktının təşkilatçılarının nasistlər kimi, şou-edam və qanlı hədə-qorxu aktı hazırladıqlarını deyib.

------

18:02

"İstintaq və hüquq-mühafizə orqanları terror aktının bütün təfərrüatını müəyyən etmək üçün əllərindən gələn hər şeyi edəcəklər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində deyib. O, terror aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının cəzalandıralacağını bildirib:

"Bu hadisədə kim iştirak edibsə, hər kəsi müəyyən edib cəzalandıracağıq. Terror aktının bütün icraçıları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar".

--------

17:31

"Bu cinayətin araşdırılmasına və əməliyyat-axtarış tədbirlərinin nəticələrinə gəlincə, hazırda bunu deyə bilərik: terror aktını törədən 4 nəfərin hamısı, insanları güllələyib öldürənlərin hamısı tapılaraq saxlanılıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

"Onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, Ukrayna tərəfində dövlət sərhədini keçmələri üçün "pəncərə" hazırlanıb.

Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar", - Rusiya lideri qeyd edib.

------

16:38


Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.

Milli.Az


Etiketlər:  Putin Terrorçulara Ukrayna sərhədində qapı hazırlanmışdı YENİLƏNİR


RƏYLƏR