Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Simonyan daha bir terrorçunun etirafını yaydı

Simonyan daha bir terrorçunun etirafını yaydı

Tarix: 23 Mart 2024 23:22

RT və "Rossiya seqodnya"nın baş redaktoru Marqarita Simonyan "Krokus Siti Holl"da ötən gün baş verən terror aktını törədənlərdən birinin dindirilməsinin görüntülərini paylaşıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Simonyan paylaşımında dindirilən şəxsin rus dilini bilmədiyini qeyd edib.

Videoda terrorçu deyir ki, həmyerlisi Məhəmmədlə Dmitrovkada yataqxanada yaşayır:

"İş yox idi, ancaq sonra Abdulla (kim olduğu qeyd olunmayıb - red.) messencer vasitəsilə bizimlə əlaqə saxladı. Biznes qurmaq qərarına gəldik, Abdullanın qohumlarından köhnə "Reno" avtomobilini aldıq və taksi işləməyə başladıq. Alınmadı.

Sonra Abdulla bir anda çoxlu pul qazanmağı təklif etdi. Bunun üçün silah götürməli, "Krokus"un yanına gedib günahsız silahsız insanları güllələməli idik. Yolumuza çıxan hər kəsi...".

Terrorçunun ifadəsini paylaşan Simonyan "əclaf da razılaşıb" deyə qeyd edib.

Milli.Az


Etiketlər:  Simonyan daha bir terrorçunun etirafını yaydı


RƏYLƏR