Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əş-Şəbab'' hərbi bazaya hücum etdi: ölənlər var

''Əş-Şəbab'' hərbi bazaya hücum etdi: ölənlər var

Tarix: 24 Mart 2024 00:54

"Əş-Şəbab" silahlılarının paytaxt yaxınlığındakı hərbi bazaya hücumu nəticəsində Somali ordusunun bir neçə əsgəri həlak olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, hücum şənbə günü səhər tezdən Somali təhlükəsizlik qüvvələrinin antiterror əməliyyatları üçün müvəqqəti baza qurduğu Buslidə baş verib.

Hərbi komandir Mohamed Adanın sözlərinə görə, hücumdan sonra şiddətli döyüşlər olub. Bir neçə hərbçi həlak olub, yaraqlılar tərəfindən də ölənlər var.

Agentliyin məlumatına görə, hökumət qüvvələri bu əraziyə nəzarəti bərpa edə bilib.


Etiketlər:  Əş Şəbab hərbi bazaya hücum etdi ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ