Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Tarix: 24 Mart 2024 01:02

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:

"Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızda bəzi neqativ hallar oldu, danışaraq münasibətimizi bitirmək qərarı aldıq. Amma yazılanlar doğru deyil, yəni ayrılmağımıza səbəb qısqanclıq deyil. Hamının yolu açıq olsun".

Qeyd edək ki, cütlük ötən il mükafatlandırma mərasimlərinin birinə əl-ələ tutaraq gəlmiş və bununla münasibətdə olduqlarını elan etmişdilər.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhur sevgilisindən ayrıldı FOTO


RƏYLƏR