Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qadının kök və piyli olması faydalıdır” - Professor

“Qadının kök və piyli olması faydalıdır” - Professor

Tarix: 24 Mart 2024 03:03

Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az lent.az-a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib.

"Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar. Alzheimer xəstəliyindən və yaşlanmaqdan qoruyur. Amma göbək ətrafı piylər istisna edilir. Göbək ətrafı piylər damar sərtliyinə, sonda da ürək xəstəliklərinin yaranmasına səbəb olur"- doktor qeyd edib.

"Qadınlar dərialtı piy pis şeymiş kimi yağları ləğv etdirir, əməliyyata girirlər. Bilməlidirlər ki, bu əməliyyatdan sonra beynin funksiyası pozulur. Bu, qadınlarda yumurtalıqların fəaliyyətini dayandırır və bütün metobolizmin işini pozur. Piy orqanizmdə kök hücrə vəzifəsini görür.

Çox arıq qızlar evlənəndən sonra uşaq salır, sürətlə yaşlanır, tez çökür, müxtəlif beyin xəstəliklərinə məruz qalırlar.

Qadının dərisinin altında nə qədər çox piy varsa, o qədər xoşbəxtdir. Piy endokrin orqan kimidir, kök qadınların daha şən olduğu elm tərəfindən isbat edilib",-  o vurğulayıb.

Milli.Az


Etiketlər:  Qadının kök piyli olması faydalıdır Professor


RƏYLƏR