Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2024 09:30
Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə nazir "Süddeutschen Zeitung" qəzetinə müsahibəsində deyib.
Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu - Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.
Qeyd edək ki, Qərb ölkələri "İslam Dövləti-Xorasan" qruplaşmasını "Crocus City Hall"da baş verən terroru törətməkdə şübhəli bilirlər.