Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teraktın hazırlanması ilə bağlı təfərrüatlar məlum oldu

Teraktın hazırlanması ilə bağlı təfərrüatlar məlum oldu

Tarix: 24 Mart 2024 15:22

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "112" Telegram kanalı yayıb.

Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.

"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.

Bundan əvvəl "Krokus"un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.

Milli.Az


Etiketlər:  Teraktın hazırlanması ilə bağlı təfərrüatlar məlum oldu


RƏYLƏR