Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq

100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq

Tarix: 24 Mart 2024 16:36

Rusiya müsəlmanlarının ruhani lideri, müfti Şeyx Ravil Qaynutdin martın 22-də baş vermiş terror aktı zamanı 100-dən çox insanı "Crocus City Hall"dan çıxaran 15 yaşlı İslam Xəlilova mükafat təqdim edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müftilər Şurasının bəyanatında deyilir.

Bildirilib ki, İslam Xəlilov və onun valideynləri Moskvadakı Katedral məscidində keçirilən mükafatlandırma mərasiminə dəvət olunublar.

O, Rusiya müsəlmanlarının "Xidmətə görə" medalı ilə təltif olunacaq. Mükafat martın 29-da, cümə namazı zamanı təqdim olunacaq.

Milli.Az


Etiketlər:  100 dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq


RƏYLƏR