Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2024 22:44
Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.
"Maqnit qasırğası davam edir", - TGİ diqqətə çatdırıb.
Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında "çox güclü" deməkdir, G5 "son dərəcə güclü", G1 isə "zəif"dir).
Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.