Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Krokus” teraktı: FSB zabitləri təcili İrəvana getdi

“Krokus” teraktı: FSB zabitləri təcili İrəvana getdi

Tarix: 25 Mart 2024 08:58

"Krokus Siti Holl"da terakt baş verən gün - 22 martda, gecə ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşı xüsusi reys ilə İrəvana gedib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat yayıb.

O bildirib ki, Rusiya FTX-nin əməkdaşları teraktın hazırlanması, silahla təmin edilməsi və terrorçuların Moskvada yerləşməsinə şərait yaradan və 26 nəfər terrorçu içərisində olan 6 ermənini hazırlayan şəxslərə qarşı əməliyyat keçiriblər.

Alimin faktın sübutu kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin yaydığı məlumatı göstərib.

Qeyd edək ki, Z.Əliyev "Krokus Siti Holl"da baş verən teraktda erməni izinin olması barədə ilk dəqiqələrdən ehtimal irəli sürüb və bunun sübutları olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Krokus teraktı FSB zabitləri təcili İrəvana getdi


RƏYLƏR