Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rahid Əmirquliyev: “Bolqarıstan “dişimizə” görədir”

Rahid Əmirquliyev: “Bolqarıstan “dişimizə” görədir”

Tarix: 25 Mart 2024 14:36

"Bolqarıstan millisi barədə çox danışa bilmərəm".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan matçını dəyərləndirib. Veteran futbolçu bildirib ki, rəqibin hazırkı durumu barədə az məlumatlıdır: "Əlbəttə, Bolqarıstan millisi monqollardan daha ciddi rəqibdir. Bu səbəbdən yığmamızı çətin oyun gözləyir. Monqolustandan nə qədər güclü olsaq da, Bolqarıstan "dişimizə" görədir. Daha məsuliyyətli olmalıyıq. Meydanda da sürətli, dinamik oyun göstərməliyik. İstəsək, rəqibin üstəsindən gələ bilərik".

Qeyd edək ki, yığma Bolqarıstanla bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Rahid Əmirquliyev Bolqarıstan dişimizə görədir


RƏYLƏR