Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 15:58
Moskvada bomba təhlükəsi ilə əlaqədar xəstəxanadan 700 nəfər təxliyə edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "First.news" məlumat yayıb.
Qeyd olunub ki, "Crocus City Hall"dakı terror aktı zamanı xəsarət alanların müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib.
Məlumata görə, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.
Sözügedən məktubda tibb müəssisəsinin bir neçə mərtəbəsində kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan bəhs olunub.
Məlumata görə, insanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.