Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahid ifadələri: “Crocus City Hall”un yanğın çıxış pilləkənləri bağlı olub

Şahid ifadələri: “Crocus City Hall”un yanğın çıxış pilləkənləri bağlı olub

Tarix: 25 Mart 2024 17:46

Martın 22-də "Crocus City Hall"da baş verən terror aktı zamanı konsert zalının yanğın çıxış pilləkənləri bağlı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə terror aktını araşdıran müstəntiqlər məlumat veriblər.

Bundan əlavə, hadisə şahidlərinin sözlərinə görə, onlar velosiped üçün nəzərdə tutulan qıfıllarla kilidlənmiş yanğın-çıxış qapılarının qıfıllarını əlləri ilə sındırmaq məcburiyyətində qalıblar.

Eyni zamanda, hadisə şahidlərinin sözlərinə görə, binanın avtomatlaşdırılmış yanğın siqnalizasiyası sistemi də işləməyib. Halbuki, bu, həm də yanan binadan çıxış yolu tapmayanların həyatını xilas edə bilərdi.

Bundan əlavə, aparılan araşdırma zamanı məlum olub ki, "Crocus City Hall" konsert zalının zirzəmisində bəzi qapılar bağlı olub.

Milli.Az


Etiketlər:  Şahid ifadələri Crocus City Hallun yanğın çıxış pilləkənləri bağlı olub


RƏYLƏR