Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 18:08
"Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş verən terror aktı həm də ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması səbəbindən mümkün olub".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın administrasiyası dövründə İŞİD faktiki olaraq fəaliyyətini dayandırmışdı.
"Onların 1 000-dən də az döyüşçüsü qalmışdı, indi isə bərpa olunublar. Qismən ona görə ki, biz Əfqanıstanı tərk etməklə onlara müntəzəm zərbələr endirə bilmədik", - deyə Rubio bildirib.
Politoloq qeyd edib ki, Əfqanıstanın yeni hakimiyyət orqanları terrorçularla effektiv mübarizə aparmaq imkanına malik deyil.
O, həmçinin, terrorun ABŞ ərazisində təkrarlana biləcəyini vurğulayıb.