Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 21:20
Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb.
Sonxeber.net yazır ki, sənətçi "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib.
Ağayeva sözügedən mahnı üçün kamera qarşısına keçib. Qırmızılara bürünən Ağayevanın klipdəki saç və makiyajı üzərində Elnur Həsənov çalışıb. Klipin art direktoru isə Murad Vəliyevdir.
Ağayeva yeni işini bütün sevənlərə hədiyyə etdiyini bildirib: "Yeni mahnımı bütün sevgililərə həsr edirəm. Çünki sevənlərin dünyası sevdiklərindən ibarətdir. Bu, hər birimizin həyatında belədir. Bizim dünyamız sevdiklərimizdən ibarətdir. Mən istərdim ki, bütün sevgililər xoşbəxt olduqları zaman məhz bu mahnını dinləyib, oxusunlar və bu nəğmə ilə daha çox xoşbəxt olsunlar".
Qeyd edək ki, mahnının musiqisi Tünzalə Ağayevaya, sözləri isə Fariz Zeynalova məxsusdur.