Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Solovyovun Bakı böhtanına Kreml niyə susur?

Solovyovun Bakı böhtanına Kreml niyə susur?

Tarix: 25 Mart 2024 22:15

Solovyov və Simonyan erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirirlərsə və bu cür hallar dayanmadan təkrarlanırsa, onları bu vəzifələrə təyin edənlər niyə həmin "jurnalist"lərə xəbərdarlıq etmirlər? Axı Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu rusiyalı jurnalist Vladimir Solovyovun "Krokus Siti Holl" teraktında "azərbaycanlı izi" axtarmaq cəhdləri və Azərbaycana böhtan atmağa çalışması barədə qeyd edib.

O bildirib ki, əgər Kreml Solovyov və Marqarita Simonyan kimi təbliğatçılarına xəbərdarlıq etmirsə, onda buradan iki nəticə hasil etmək olar:

"Ya Kreml mediadakı ruporlarına nəzarət edə bilmir və Solovyov, Simonyan və digərləri erməni lobbisinin sifarişini yerinə yetirməklə "özfəaliyyətlə" məşğuldurlar, ya da Azərbaycanla terrorçular arasında əlaqə qurmaq təşəbbüsü yalnız erməni lobbisinin işi deyil, tapşırıq yuxarılardan gəlib. Misal üçün Rusiya Dövlət Dumasının sədr müavini və hakim partiyanın üzvü Pyotr Tolstoyun erməni lobbisinə bağlılığını iddia etmək mümkün olmasa da, bu şəxs də imkan düşən kimi Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir".

Milli.Az


Etiketlər:  Solovyovun Bakı böhtanına Kreml niyə susur


RƏYLƏR