Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada narkotik alverində 500-dək şübhəli saxlanıldı

Fransada narkotik alverində 500-dək şübhəli saxlanıldı

Tarix: 26 Mart 2024 09:38

Fransa polisi narkotik cinayətlərinə qarşı genişmiqyaslı "Təmiz meydan" əməliyyatı zamanı 500-ə yaxın adamı saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen "France 2" telekanalının efirində deyib.

"496 şübhəli saxlanılıb", - Darmanen bildirib. Bazar ertəsi səhər Daxili İşlər Nazirliyinin rəhbəri 200-ə yaxın adamın saxlandığını açıqlayıb.

Nazir qeyd edib ki, əməliyyat ötən həftə Marseldə başlayıb və bazar ertəsindən etibarən Paris regionunda, Lion, Dijon və Lilldə də keçirilir.

"Çərşənbə axşamı daha bir neçə kommunada reydlər başlayacaq", - Darmanen deyib. "Məqsədimiz narkotik ticarəti şəbəkələrini tamamilə məhv etməkdir", - o əlavə edib.

Daxili işlər nazirinin sözlərinə görə, bu həftə "Təmiz meydan" əməliyyatına ümumilikdə 15 minə yaxın polis, jandarm və gömrük əməkdaşı cəlb olunacaq.

Milli.Az


Etiketlər:  Fransada narkotik alverində 500 dək şübhəli saxlanıldı


RƏYLƏR