Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 14:35
Moskvada "Crocus City Hall"da baş verən terror aktından sonra Tümendə bir sıra konsertlər ləğv edilib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə kp.ru-da məlumat yayılıb. Bildirilir ki, Martın 25-də "Surganova və Orkestr" qrupunun qeyri-müəyyən müddətə təxirə salınmış konserti keçirilməli idi. Bundan başqa, Emin Ağalarovun çıxışı da ləğv edilib, CAGMO orkestrinin "Einaudi Soundtracks" konserti ilə çıxışı martın 23-dən iyunun 28-nə təxirə salınıb.
Qeyd olunur ki, alınmış biletlər digər tədbir tarixləri üçün də keçərlidir, ona görə də onları geri qaytarmağa ehtiyac yoxdur.