Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya məhkəməsi Culian Assanjla bağlı qərar verdi

Britaniya məhkəməsi Culian Assanjla bağlı qərar verdi

Tarix: 26 Mart 2024 15:04

Böyük Britaniya məhkəməsi Culian Assanja ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Böyük Britaniyanın Ali Məhkəməsinin hakimləri WikiLeaks-in təsisçisinə onun Böyük Britaniyadan çıxarılmasına etiraz etmək icazəsi verib.

Əgər Assanja müraciət etmək icazəsi verilməsəydi, o, bir neçə gün ərzində ABŞ-a ekstradisiya edilə bilərdi.

İki günlük dinləmədə onun vəkilləri Assanj və WikiLeaks tərəfindən Əfqanıstan, İraq müharibələri ilə əlaqəli minlərlə məxfi və diplomatik sənədin dərc edilməsi ilə bağlı ittihamların siyasi motivli olduğunu və ekstradisiya tələbinin qanunsuz olduğunu müdafiə ediblər.
Ali Məhkəmənin iki hakimi, Viktoria Şarp və Ceremi Conson qərar veriblər ki, vəkillər Assanjın məsələsinin mübahisəli bir işin olduğunu və apellyasiya məhkəməsinə göndərilməli olduğunu təsdiqləyə biliblər.


Etiketlər:  Britaniya məhkəməsi Culian Assanjla bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ