Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terrorçunun anası: "Oğlum orada olmayıb"

Terrorçunun anası:

Tarix: 26 Mart 2024 15:58

"Krokus" teraktı işi üzrə səkkizinci müttəhimin Əlişir  Kasımovun anası  jurnalistlərə bildirib ki, oğlu terrorçu deyil.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, "Oğlum yaxşı insandır. Bu onun günahı deyil. Heç kimi tanımır. O, təkbaşına işləyir", deyən qadın terror aktını törədənlərin oğlunu onlayn mənzil reklamı platformasında tapdıqlarını bildirib.

59 yaşlı qadın  oğlunun son illər Moskvada yükləyici, fəhlə, aşpaz işlədiyini, sonra otaq kirayələyib, çayxana açdığını deyib.Qadının  sözlərinə  görə,oğlu  terrorda iştirak  etməyib.

Rano deyib ki, oğlu Tacikistandan olan iki kişiyə mənzil kirayə verib və onlar onu Moskvaya pul qazanmaq üçün gəliblər və tikintidə işləyəcəklərini bildiriblər.

Kasımov martın 26-da həbs edilib. Bir gün əvvəl Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə beşinci, altıncı və yeddinci müttəhimlər - İsrail İslamov, onun oğulları Aminçon və Dilovarı həbs edib.

Daha əvvəl Patruşev "Krokus"da baş verən terror aktının arxasında Ukraynanın dayandığını bildirib.

Milli.Az


Etiketlər:  Terrorçunun anası Oğlum orada olmayıb


RƏYLƏR