Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Prezidenti: Girovları qaytarmağın yeganə yolu...

İsrail Prezidenti: Girovları qaytarmağın yeganə yolu...

Tarix: 26 Mart 2024 18:36

Girovları geri qaytarmağın yeganə yolu Yəhya Sinvardan qurtulmaqdır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İsrail Prezidenti İsaak Herzoq deyib.

Prezidentin sözlərinə görə, HAMAS-ın Qəzza lideri Yəhya Sinvarın tutulması və ya öldürülməsi Qəzzada saxlanılan israilli girovlarının azad edilməsində həlledici amildir.

"Günün sonunda başqa seçim yoxdur, döyüşməyə davam etməliyik, Sinvarı ölü və ya diri gətirməliyik ki, girovların evə qaytarıldığını görək. Bu, reallıqdır və dünya bunu diqqətə almalıdır: Hər şey Sinvarla başlayır və bitir. O, 7 oktyabr qırğınına qərar verən, günahsız insanların qanını tökməyə çalışan, bütün bölgəni alovlandırmaq, Ramazan ayını məhv etmək üçün çalışan, burada və bölgədə birgə yaşayışı məhv etmək üçün hər şeyi edən şəxsdir. Məhz o, terroru bu regiona yerləşdirməyə çalışır, bütün dünya və bütün region bilməlidir ki, məsuliyyət yalnız onun üzərinə düşür və o, bundan xilas olmayacaq. Biz ona imkan verməyəcəyik", İsrail dövlət başçısı bildirib.


Etiketlər:  İsrail Prezidenti Girovları qaytarmağın yeganə yolu


RƏYLƏR