Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin transfer qiyməti ucuzlaşdı

Messinin transfer qiyməti ucuzlaşdı

Tarix: 26 Mart 2024 21:30

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb.

Dəyərin azalmasına baxmayaraq, "İnter Mayami"də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır. MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, "Atlanta Yunayted"də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.

Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. "İnter Mayami"də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-in yeni mövsümündə argentinalı üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Messinin transfer qiyməti ucuzlaşdı


RƏYLƏR