Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu sözlərə gülüb keçmişəm, çünki..." - FOTO

“Bu sözlərə gülüb keçmişəm, çünki...

Tarix: 26 Mart 2024 22:25

"38 ildir sənətdəyəm. Hələ bir dəfə də rejissora deməmişəm ki, filan rolu mən oynamalı idim, onu niyə mənə vermədin?! Həyatı boyu belə bir hal yaşanmayıb. Heç vaxt rejissora deməmişəm, demərəm də. Hətta həmkarlarım belə deyib ki, "axı bu rol sənin idi, bu rolu sən oynamalı idin". Bu sözlərə gülüb keçmişəm. Çünki həyatda nə mala-mülkə, nə də həyatın nemətinə yapışıb qalan adam deyiləm. O ki, qala rol olsun. Heç bir rol arzusunda olmamışam. Rollar özü gəlib məni tapıb. Rola görə mən qanımı qaraldanlardan deyiləm. Şükür Allaha heç vaxt rolsuz da qalmamışam, baş rollar oynamışam"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra müasir dövrdə məşhurlaşmağın asan olduğunu bildirib.

"O dövrdə bir televiziyamız var idi. Teatra gəlməyən tamaşaçı televiziya tamaşalarından aktyorları tanıyıb sevirdi. Onlara görə də bəzən teatra gəlib, sonradan teatra bağlanırdılar. İndi imkanlar çoxdur. Sosial şəbəkələr və digər platformalar var. Orada özlərini tanıdanlar da çoxdur. Amma bunların hamısı ələkdir. Əsl sənətkar mənim aləmimdə odur ki, hər dövrdə sevilsin. O zamanlar hansı gənclərin mənə gözəl münasibəti var idisə, bu gün artıq onlar mənim yaşda olan şəxslərdir. Yeni nəsillər gəlir. Onların da sevgisini qazanmaq lazımdır. Bu günki gündə bu çətindir. Çünki gənclərin düşüncə tərzi, əyləncə mühiti tamam başqadır" deyə sənətkar bildirib.
 
"Bu gün teatra lazımı qədər tamaşaçı gəlir?" sualına məşhur aktrisa belə cavab verib.
 
"Mən narazılıq etmək istəməzdim. Yenə də teatrı, sənətkarı sevənlər var. Teatr zalında tamaşaçı dolu olur. Bilmirəm ki, kimlər şikayət edir?! Bizim Akademik Milli Dram teatrında zalımız doludur. İnanın ki, hər tamaşadan sonra daha çox gənclər mənə yaxınlaşır və bu da məni çox sevindirir" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Bu sözlərə gülüb keçmişəm çünki FOTO


RƏYLƏR