Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Terror qurbanlarının ailələrinə ödənişlərə başlanılıb”

“Terror qurbanlarının ailələrinə ödənişlərə başlanılıb”

Tarix: 27 Mart 2024 09:18

"Crocus City Hall"da törədilən terror aktının qurbanlarından 52 nəfərin yaxınlarına ödəniş edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva TASS-a açıqlama verib.

Nazir bildirib ki, qurbanların yaxınlarına ödənişlər edilməyə başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək.

Xatırladaq ki, bir neçə gün öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcəyini bildirmişdi.


Etiketlər:  Terror qurbanlarının ailələrinə ödənişlərə başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ