Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2024 09:54
ABŞ Prezidenti Co Bayden çıxışlarından birində yenə rusiyalı həmkarı Vladimir Putinin ünvanına təhqiramiz ifadə işlədib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ağ Ev rəhbəri Şimali Karolina ştatında milyarderlərdən daha çox verginin alınması imkanlarını müzakirə edib.
"Bizim edə biləcəyimiz çox vacib işlər var, o cümlədən o qəssab Putinə qarşı Ukraynaya yardım etmək..." - deyə Bayden bildirib.
ABŞ lideri onu da əlavə edib ki, Vaşinqton daim nüvə münaqişəsi təhlükəsindən narahat olmalıdır.