Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nusr-Et” restoranına silahlı hücum edən 5 nəfər saxlanıldı - FOTO

“Nusr-Et” restoranına silahlı hücum edən 5 nəfər saxlanıldı - FOTO

Tarix: 27 Mart 2024 14:30

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Beşiktaşda "Nusr-Et" adlı restorana silahlı hücum edənlərin "Mahzen-22" əməliyyatı çərçivəsində tutulduğunu açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, İstanbulda keçirilən 'Mahzen-22' əməliyyatı zamanı Beşiktaşda "Nusr-Et" adlı restorana silahlı hücum təşkil edən 5 şübhəli saxlanılıb. Hücum əmrinin mütəşəkkil cinayətkar qrupların liderləri Barış Boyun və Volkan Rençber tərəfindən verildiyi müəyyən edilib.

Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda bilidirb ki, xaricdə gizlənən mütəşəkkil cinayət qrupunun rəhbərləri Barış Boyun və Volkan Reçber başçılıq etdikləri cinayət təşkilatına "Nusr-Et" restoranına silahlı hücum etməklə bağlı təlimat veriblər.

Aksiyanı mütəşəkkil cinayətkar qrupun üzvü olan şübhəli şəxslər həyata keçiriblər. "Əməliyyat zamanı silahlı hücumu həyata keçirən mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 şübhəli yaxalanıb", - nazir qeyd edib.

Milli.Az


Etiketlər:  Nusr Et restoranına silahlı hücum edən 5 nəfər saxlanıldı FOTO


RƏYLƏR