Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı baş məşqçiyə bir illik qadağa

Azərbaycanlı baş məşqçiyə bir illik qadağa

Tarix: 27 Mart 2024 16:08

"Azəri" klubunun baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

Komitə AFFA U-13 Liqasında keçirilən "Turan Tovuz" - "Azəri" (Gəncə) matçında baş verənləri müzakirə edib. Gəncə təmsilçisinin baş məşqçisi oyunun 15-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıllb. AFFA baş məşqçini cəzalandırmaqla yanaşı, "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verib.


Etiketlər:  Azərbaycanlı baş məşqçiyə illik qadağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ