Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan "Crocus"dakı terroru pisləyən bəyanata qoşulmadı

Ermənistan

Tarix: 27 Mart 2024 16:12

Ermənistan KTMT PA-nın "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Bu barədə spiker Alen Simonyanın mətbuat katibi Nelli Qulyan deyib.

O, Ermənistanın təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadığını deyib.

Qulyan vurğulayıb ki, üzvlükdən imtina yalnız KTMT faktoru ilə bağlıdır: "Parlamentin spikeri öz Telegram kanalında başsağlığı verib, spiker müavini isə Cenevrədəki çıxışında terror aktını pisləyib".

Milli.Az


Etiketlər:  Ermənistan Crocusdakı terroru pisləyən bəyanata qoşulmadı


RƏYLƏR