Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhkəmə Eqor Kridlə bağlı qərar verdi

Məhkəmə Eqor Kridlə bağlı qərar verdi

Tarix: 27 Mart 2024 17:00

Ötən il ictimai fəal Aleksandr Morozov Eqor Kridi məhkəməyə vermişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, nalayiq ifadələrin çoxluğuna görə sənətçinin yutub kanalının bağlanmasını tələb edib.

Təşkilatlardan birinin fəalı iddia edib ki, bu yolla Krid guya antisosial davranışları və söyüşləri təbliğ edir. Məlum olub ki, paytaxtın Kuntsevo məhkəməsi ictimai xadim Aleksandr Morozovun Eqor Kridin yutub kanalını bağlamaq tələbini rədd edib. İddiaçının iddiası martın 25-də rədd edilib.

Milli.Az


Etiketlər:  Məhkəmə Eqor Kridlə bağlı qərar verdi


RƏYLƏR