Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Tarix: 27 Mart 2024 21:34

"Crocus City Hall"da baş verən terror aktında 143 nəfər həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yenilənmiş siyahı Rusiya Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanır.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az


Etiketlər:  Crocus City Halldakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb


RƏYLƏR