Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahzadə Harrinin adı intim qalmaqalda hallanır

Şahzadə Harrinin adı intim qalmaqalda hallanır

Tarix: 28 Mart 2024 07:46

Şahzadə Harrinin adı reper Şon Kombsun (R.Diddi) intim məclislərilə bağlı qalmaqallı işdə hallanır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ məhkəmə sənədlərinə əsasən, bu məclislərdə kişi və qadınlara, yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz baş verib.

30 milyon dollarlıq iddianı prodüser Rodni Cons məhkəməyə təqdim edib. O, iddia edir ki, Sasseks hersoqu və digər ulduzlarla "tanışlıq" Kombsun məclislərinə  "legitimlik" verib.

Consun vəkilləri iddia edirlər ki, qonaqlar reperin "məşhur idmançılar, siyasi xadimlər, sənətçilər, musiqiçilər və Britaniya kral ailəsi kimi nüfuzlu şəxslərlə əlaqələri" səbəbindən onun intim məclislərinə cəlb olunublar.

Eyni zamanda, sənədlərdə Şahzadə Harrinin heç bir qanun pozuntusuna dair dəlil yoxdur. O, təqsirləndirilən şəxs deyil və 73 səhifəlik sənəddə yalnız bir dəfə adı çəkilir.

Milli.Az


Etiketlər:  Şahzadə Harrinin adı intim qalmaqalda hallanır


RƏYLƏR