Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 14:10
Almaniya Kansleri Olaf Şolts Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında terror aktının hazırlanmasından alman kəşfiyyat xidmətlərinin xəbərsiz olduğunu deyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bu sözləri Berlinin terror hücumunun hazırlandığından xəbərdar olub-olmaması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.
Şoltsun sözlərinə görə, oxşar məlumatların ABŞ-nin əlində olduğu ehtimal edilir.
"ABŞ kəşfiyyat xidmətlərinin əlində, çox güman ki, məlumatlar var idi", - Almaniya kansleri qeyd edib.