Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 14:34
Yazıçı Murathan Munqan sosial media hesabındakı paylaşımında İYİ Partiyasını məhkəməyə verəcəyini açıqlayıb.
Sonxeber.net Kult.az-a istinadən xəbər verir ki, Murathan Munqan İYİ Partiyasının seçki reklam videosunda "Maskeli Balo" mahnısından istifadə etdiyi üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb.
İYİ Partiya tərəfindən mahnı sözlərindən parçaların ondan xəbərsiz işlədildiyini deyən yazıçı bildirib:
"Maskarad" kimi tanınan mahnımın ruhunu və ideyasını təşkil edən misraların mənim razılığım və xəbərim olmadan bir siyasi partiya tərəfindən istifadə edildiyini kədərlə öyrəndim".