Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mətanət: “Jiquli"də gəlməyim obyekt sahibinin...”

Mətanət: “Jiquli

Tarix: 28 Mart 2024 18:10

"Dedim, bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki,  bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva öz verilişində deyib.

O, insanlara yuxarıdan aşağı baxan şəxslərdən danışıb və bahalı avtomobilinə, digər maddi üstünlüklərinə görə adamlara dəyər verilməsinə qarşı çıxıb:

"Bir müddət öncə avtomobilimi satmışdım. Bir məkanın açılışına dəvət etmişdilər. Operatorların birindən xahiş etdim ki, məni həmin yerə aparsın. Dedi apararam, amma Mətanət xanım, məndə "Jiquli"dir. Dedim, nə fərqi var, maşın olsun də...

Həmin məkana çatdıq, maşından düşəndə gördüm, obyektin sahibi mənə birtəhər baxır. "Jiquli"də gəlməyim onun təəccübünə səbəb olmuşdu.

Dedim, sizə mən lazımam, ya maşın? Bu maşından düşməyim xoşunuza gəlmirsə, qayıdıb çıxıb gedirəm. Dedi yox, sadəcə, bu maşınla gəlməyiniz mənə qəribə gəldi".

Milli.Az


Etiketlər:  Mətanət Jiqulidə gəlməyim obyekt sahibinin


RƏYLƏR