Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanı heyrətə salan anakonda öldürüldü

Dünyanı heyrətə salan anakonda öldürüldü

Tarix: 28 Mart 2024 20:12

"Ana Culiya" ləqəbli səkkiz metrlik anakonda Amazon cəngəlliyində ölü tapılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun sağlığında çəkilmiş görüntülər bir neçə həftə əvvəl bütün dünyaya yayılmışdı. Bu barədə "Daily Mail" məlumat yayıb.

Anakonda 7,9 metr uzunluğunda idi və dünyanın ən uzun ilanlarından biri idi. Kəşf haqqında ekspedisiyanın iştirakçılarından biri olan niderlandlı alim Frik Vonk məlumat vermişdi. Martın əvvəlində yayımlanan videoda "Ana Culiya" ilə üzən odur.

Vonk sosial şəbəkədə "Ana Culiya"nın indiyə qədər gördüyü ən böyük ilan olduğunu yazıb. Onun sözlərinə görə, anakonda insanlar tərəfindən öldürülüb:

"Ürəyimdəki ağrı ilə sizə bildirmək istəyirəm ki, üzdüyüm nəhəng anakonda çayda ölü tapılıb. Mən müxtəlif mənbələrdən onun güllələndiyini eşitdim, baxmayaraq ki, hələlik ölüm səbəbi ilə bağlı rəsmi təsdiq yoxdur. Eyni zamanda çox kədərli və qəzəbliyəm".

Milli.Az


Etiketlər:  Dünyanı heyrətə salan anakonda öldürüldü


RƏYLƏR