Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə 50 qram halva yeməyin faydaları

Gündə 50 qram halva yeməyin faydaları

Tarix: 29 Mart 2024 04:06

Halva gündə 50 qramdan çox olmamaq şərti ilə ürək və bağırsaqlar üçün faydalıdır,

Milli.Az "unikal"a istinadən xəbər verir ki, zülallar, vitaminlər və minerallarla (kalsium, dəmir və maqnezium) zəngin olan halva qığırdaq, vətər və dişlər üçün də əhəmiyyətlidir.

Yaşlı insanlar üçün halva yoğun bağırsaqdakı faydalı bakteriyaları "qidalandıran" lif mənbəyidir. Üstəlik, ürək üçün faydalı olan və iltihabı azaldan sağlam yağ turşuları və antioksidantlarda zəngindir. 

Bununla belə, halvanın kalorisi yüksəkdir, xüsusən də tərkibində şəkər, kakao, şərbət və ya digər əlavələr olduğundan gündə 50 qramdan çox yemək olmaz. Xüsusilə şəkərli diabet xəstələri diqqətli olmalıdırlar.

Halvanın hazırlanmasında istifadə edilən qoz-fındıq və toxumlar güclü allergenlər olduğu üçün uşaqlar və hamilə qadınlar üçün məsləhət deyil. 

Milli.Az


Etiketlər:  Gündə 50 qram halva yeməyin faydaları


RƏYLƏR