Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 10:20
Türkiyəli sosial media fenomeni Banu Parlak həbs olunduğu ilə bağlı iddialara aydınlıq gətirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, o, instaqramın hekayə bölməsində paylaşım edərək xəbərlərin yalan olduğunu deyib.
"Allah xətrinə, yorulmadınız. Rahat buraxın. "Həbsxanada imişəm", "tutulmuşam". Belə bir şey yoxdur. Əl çəkin məndən", - deyə, Parlak bildirib.
Qeyd edək ki, türk mətbuatında Banunun Küçükçekmece Ədliyyəsində müdiri təhqir etdiyi üçün həbs edildiyi ilə bağlı xəbərlər dərc olunub.