Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO

Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO

Tarix: 29 Mart 2024 13:30

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində ənənəvi ayaqyuma ayinini icra edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dini mərasim Romada olan qadın həbsxanasında baş tutub.

Papa Fransisk müxtəlif ölkələrdən olan 12 qadın məhbusun ayaqlarını yuyub.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib.

Milli.Az


Etiketlər:  Papa məhbus qadınların ayaqlarını yuyub öpdü VİDEO


RƏYLƏR