Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan yenə MDB tədbirini boykot etdi - FOTO

Ermənistan yenə MDB tədbirini boykot etdi - FOTO

Tarix: 29 Mart 2024 15:24

Ermənistan növbəti dəfə MDB tədbirini boykot edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.

Belə ki, rəsmi İrəvan Beynəlxalq Ticarət Mərkəzində keçirilən MDB İqtisadi Şurasının 101-ci iclasına Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.

Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı Baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.

Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

Xatırladaq ki, Ermənistan bir müddətdir ki, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan imtina edir. Rəsmi İrəvan MDB İqtisadiyyat Şurasının ötən ilin dekabrın 8-də keçirilən 100-cü yubiley iclasına da yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina etmişdi. Həmin tədbirdə də Ermənistanı Belarusdakı səfiri təmsil etmişdi.


Etiketlər:  Ermənistan yenə tədbirini boykot etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ