Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kansler: Almaniya öz təhlükəsizliyi üçün Ukraynaya yardım edir

Kansler: Almaniya öz təhlükəsizliyi üçün Ukraynaya yardım edir

Tarix: 30 Mart 2024 09:14

"Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

Kansler Moskvanı güc tətbiq etməklə sərhədlərin toxunulmazlığı prinsipini pozmaqda ittiham edib:

"Biz hamımız daha dinc dünya üçün çalışırıq. azadlıqsız sülh zülm deməkdir, ədalətsiz sülh də ola bilməz. Ona görə də biz Ukraynanı ədalətli dünya uğrunda mübarizəsində dəstəkləyirik. Biz bunu həm də öz təhlükəsizliyimiz üçün edirik".

Almaniya Ukraynaya ABŞ-dan sonra ən çox silah tədarük edən ölkədir. Ümumilikdə Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 28 milyard avro məbləğində öhdəliklər götürüb.

Milli.Az


Etiketlər:  Kansler Almaniya öz təhlükəsizliyi üçün Ukraynaya yardım edir


RƏYLƏR