Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİN-dən kriptovalyuta almaq istəyənlərə XƏBƏRDARLIQ

DİN-dən kriptovalyuta almaq istəyənlərə XƏBƏRDARLIQ

Tarix: 30 Mart 2024 16:04

Daxili İşlər Nazirliyi saxta kriptovalyuta tələsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Milli.Az-ın xəbərinə görə, qurumdan bildirilib ki, saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır.

"Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.

Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar "onlayn valyutadəyişmə məntəqələri" yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar.

Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində, saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq", - DİN-in məlumatında deyilir.

Milli.Az


Etiketlər:  DİN dən kriptovalyuta almaq istəyənlərə XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ